Bakıda sərxoş sürücü zəncirvari yol qəzası törədib - FOTO

Bakıda sərxoş sürücü zəncirvari yol qəzası törədib - FOTO
08:37 2 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan taksi sürücüsü Səxavət İbrahimova məxsus "Azsamand" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Azsamand" da qarşısında olan "Mercedes"ə dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən yayınan sürücü sərxoş vəziyyətdə olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hazırda polis əməkdaşları qəzanı törədən sürücünü müəyyənləşdirir.
Faktla əlaqədar araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/550433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR