Sevgilisindən Əliyə inanılmaz təklif: "Soyadını istəyirəm" - VİDEO

Sevgilisindən Əliyə inanılmaz təklif: "Soyadını istəyirəm" - VİDEO
08:47 2 İyun 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində yer alan azərbaycanlı model Əli Əkbərə sevgilisi Nurlana maraqlı təklif edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 3 gün əvvəl Əlinin çağırışı ilə Bakıdan proqrama qatılan Nurlana ondan soyadını istəyib.

"Biz neçə gündür mübahisə edirik. Hələ də ona inana bilmirəm. Amma mənim bir istəyim var. Düşünürəm ki, Əli də bilir. Mən onun soyadını istəyirəm. Əgər sevirsə, buna əməl edəcək".

Əkbər bu sözlərdən sonra çox təəccüblənib. O, Nurlana ilə evlənməyi düşündüyünü, lakin bunun üçün hələ tez olduğunu vurğulayıb.

"Səni ona görə çağırdım. Bəlkə də, evlənməyi səndən çox mən istəyirəm. Amma 2 ildir bir-birimizi görmürük. Düşünürəm ki, hələ bir müddət birlikdə vaxt keçirməliyik".

Xatırladaq ki, azərbaycanlı model ilk dəfə proqramda Naz adlı iştirakçıya elçi düşüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR