Azərbaycanda daha bir məmur vəzifədən azad edildi

Azərbaycanda daha bir məmur vəzifədən azad edildi
09:08 2 İyun 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı iyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin elə həmin gün imzaladığı sərəncamla K.Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR