Tanınmış azərbaycanlı baş məşqçinin acı taleyi: sürücü işləyir

Tanınmış azərbaycanlı baş məşqçinin acı taleyi: sürücü işləyir
09:22 2 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Kamal Quliyev - Azərbaycan futbolunun məşhur simalarından biri. 18 illik futbolçu karyerası ərzində "Xəzər Sumqayıt", "Neftçi", "Volın" (Ukrayna), "Karvan", "Xəzər Lənkəran", "Standard" kimi klubların uğurları üçün çalışıb, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə "Neftçi"də eləcə də "Neftçala"da çalışıb.

"Neftçala" dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşdü. Düzdür, Quliyev bir müddət telekanallarda ekspert kimi çıxış etdi, amma son zamanlar ondan xəbər yoxdur.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı araşdırma aparan futbol11.az saytı bir sıra məqamları üzə çıxarıb. Bizdə olan məlumata görə, Kamal Quliyev hazırda sürücü işləyir. Mərc oyunlarında böyük ziyana düşən Quliyev sərvətini və əlində olan obyektlərin hər birini itirib. İndi o rayonların birinə sərnişin daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR