ABŞ-ın üç ştatı İqlimə dair Paris sazişinə sadiq qaldıqlarını bəyan etdi

ABŞ-ın üç ştatı İqlimə dair Paris sazişinə sadiq qaldıqlarını bəyan etdi
09:23 2 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Kaliforniya, Vaşinqton və Nyu York ştatlarının qubernatorları, prezident Donald Trampın ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına dair qərar verməsinə baxmayaraq, həmin sazişin məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər.

APA-nın xəbərinə görə, bu barədə “Hill” nəşri məlumat yayıb.

“Prezident iqlim dəyişikliyinin əfsanə olduğunu bəyan edib, bu isə dünya alimlərinin fikri ilə ziddiyyət təşkil edir”, - deyə Kaliforniya ştatının qubernatoru Cerri Braun üç ştat rəhbərinin adından verdiyi açıqlamada bildirib.

“Düşünürəm ki, reallıqla mübarizə Amerika və digərləri üçün yaxşı strategiya deyil. Əgər prezident bu olduqca mühüm təşəbbüsdən uzaqlaşmağa öz-özünə qərar veribsə, onda Kaliforniya və digər ştatlar da özləri çıxış edəcəklər”, - deyə o əlavə edib.

Qubernatorların “ABŞ-ın İqlim Alyansı” adlandırdığı ştatlar koalisiyasının konkret məqsədləri yoxdur. Ştat rəhbərləri yalnız İqlimə dair Paris sazişinin prinsiplərinə əməl edəcəklərini bəyan ediblər.

Vaşinqtonun qubernatoru Cey İnsli iqlimə görə məsuliyyətin hazırda tam olaraq şəhər və ştatların üzərinə düşdüyünü bəyan edib.

Nyu York ştatının qubernatoru Endryu Kuomo isə Tramp administrasiyasını “liderlikdən imtina etməkdə və digər ölkələrlə müqayisədə arxa cərgəyə keçməkdə” ittiham edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR