Nadir Qafarzadədən Kənan M.M-ə

Müğənni Nadir Qafarzadə və rejissor Kənan M.M arasında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, ATV kanalında yayımlanan “Maşın şou”-da yarışmaçılar Kənan M.M və Nadir Qafarzadə arasında gərgin anlar yaşanıb.

Nadir Qafarzadənin "Mən maşından əlimi götürüb gedəcəm, qoy Kənan qalsın" - deməsi rejissoru hiddətləndirib. O, Nadir Qafarzadəni təhqir edib:

“Kül Kənanın başına ki, bu deyir mən gedim, Kənan qalsın, bu nə sözlərdir? Sən məni alçaldırsan”.

Nadir Qafarzadə isə rejissorun bu sözlərinə daha da əsəbiləşərək, “Görüm, elə bu maşını qazanan içində meyit aparsın” - deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR