Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib

Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib
09:27 2 İyun 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ 1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev vəfat edib. "Report"un məlumatına görə, Doçev 80 yaşında ikən dünyasını dəyişib.
Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyunsonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.
Doçev isə Allahın əli barədə danışmağı sevmədiyini və bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olduğunu söyləyib: "Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi".
Qeyd edək ki, Boqdan Doçev 1970 - 1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə əlaqədar insident üzündən o, karyerasını başa vurmalı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/maradonanin-elle-vurdugu-qolu-gormeyen-hakim-dunyasini-deyisib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR