Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı - Daha yüksək vəzifəyə təyin edildi

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı - Daha yüksək vəzifəyə təyin edildi
09:32 2 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı iyunun 1-də Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin elə həmin gün imzaladığı sərəncamla K.Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR