BNA-dan xəbərdarlıq:"Qapıları açıq qoymayın!"

BNA-dan xəbərdarlıq:"Qapıları açıq qoymayın!"
09:59 2 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan  daşıyıcı şirkətlərə xəbərdarlıq məktub göndərib.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, xəbərdarlıq məktubunda iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin, havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobuslarının qapısının açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.

 

Həmçinin yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR