Səlim Müslümov: Azərbaycanda əhalinin gəlirləri 8 dəfə artıb

Səlim Müslümov: Azərbaycanda əhalinin gəlirləri 8 dəfə artıb
10:01 2 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sosial siyasət dövlət siyasətinin proritet istiqamətlərindən birini təşkil edir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı bildirib.

S.Müslümov bildirib ki, Azərbaycan əhalisinin əmək və sosial təminat hüqüqları ölkə Konstitusiyasında öz əksini tapıb, bu hüquqların həyata keçirilməsi üçün fundamental əsasları təsbit olunub və geniş qanunvericilik bazası yaradılıb.

Nazir vurğulayıb ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: “İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb”.

S.Müslümov əlavə edib ki, hazırda sosial sahədə 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR