Tarixdə bu gün

2 iyun 455-ci ildə Roma vandallar tərəfindən iki həftə talanıb.

1865-ci ilin bu günü ABŞ Vətəndaş müharibəsi başa çatıb.

2 iyun 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb.

1946-cı ilin bu günü referendum nəticəsində İtaliyada monarxiya devrilərək, ölkə İtaliya Respublikası elan edilib.

2 iyun 1953-cü ildə İngiltərə kraliçası Elizabet taxta çıxıb.

1992-ci ilin bu günü Danimarkada referendum keçirilib. Avropa Birliyinin əsaslarını bildirən Mastrixt (Maastricht) Anlaşması rədd edilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR