Peru Konqresi 28 May - Respublika Günü münasibətilə sənəd qəbul edib

Peru Konqresi 28 May - Respublika Günü münasibətilə sənəd qəbul edib
10:15 2 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Peru Respublikası Konqresi tərəfindən 28 – May Respublika Günü ilə bağlı sənəd qəbul edilib.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Peru Respublikası Konqresi tərəfindən Azərbaycan - Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.

Qəbul edilmiş sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.

Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.

İki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR