"Yadplanetlilər burnumuzun ucundadır"

NASA ilə iş birliyi həyata keçirən şirkət sahibi yadplanetlilərlə bağlı qeyri-adi fikirlər söyləyib.

Metbuat.az xəbər verir ki, “Bigelow Aerospace” şirkətinin sahibi Robert Bigelow yadplanetlilərin aramızda olduğunu deyib. Yadplanetlilərin varlığını qəbul etməyən NASA ilə əməkdaşlıq edən şirkət sahibinin belə bir fikir irəli sürməsi əlbəttə ki, maraq doğurub.

“Yadplanetlilərin aramızda olmasına qəti şəkildə əminəm. İnsanların bu sözümdən sonra məni dəli hesab edib-etməyəcəkləri vecimə də deyil. Yadplanetliləri öyrənmək məqsədilə külli miqdarda pul xərclədim. Lakin onları tapmaq üçün çox uzaqlara getməyə ehtiyac yoxdur. Onların burnumuzun ucundadır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR