Altı kamikadze ölkəni qan gölünə çevirmək istəyirdi

Altı kamikadze ölkəni qan gölünə çevirmək istəyirdi
10:38 2 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının həyata keçirməyi planlaşdırdığı terror aktları seriyasının qarşısını alıblar.

Publika.az xəbər verir ki, bu haqda “Khaama Press” agentliyi bildirib.

Məlumata görə, İŞİD-in döyüşçüləri terror aktlarını ölkənin şərqində yerləşən Nanqarhar əyalətində həyata keçirməyi planlaşdırırdılar. Əyalətin qubernatorunun nümayəndəsi bildirib ki, terror aktları kamikadzelərin köməyi ilə hökumət müəssisələrində, həmçinin Cəlalabad şəhərində təhlükəsizlik güclərinin binalarında həyata keçirilməli idi.

Daha əvvəl verilən xəbərə görə, Əfqanıstan xüsusi xidmət orqanları Nanqarhar əyalətində altı kamikadzeni saxlayıblar.

Xatırladaq ki, mayın 31-də paytaxtı Kabilda Almaniya səfirliyinin binası qarşısında partlayış törədilib. Prezident sarayı və xarici səfirliklərin binalarının yerləşdiyi rayonda təşkil edilən terror aktı nəticəsində, son məlumatlara görə, 100 insan ölüb, 600-ü yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR