Pərvin Abıyeva canlı yayımda söyüş söydü

Müğənni Səidə Sultan və aktrisa Pərvin Abıyeva efirdə dalaşıb.

Metbuat.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Maşın şou”-da gərgin anlar yaşanıb. Belə ki, Səidə Sultanın rejissor Kənan M.M riyakarlıqda günahlandırması, Pərvin Abıyevanı özündən çıxardıb. Pərvin Abıyeva qışqıraraq, "heç kəs mənim qardaşımın (Kənan M.M.) adını çəkə bilməz" deyib. Müğənninin, “sənin qardaşın peyğanbərdir” deməsi aktrisanı özündən çıxarıb və o söyüş söyməyə başlayıb. Davaya aparıcı Murad Dadaşov müdaxilə edib. O, Pərvin Abıyevanın ağzını tutaraq, onu sakitləşdirməyə çalışıb.

Dilarə Zamanova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR