Azərbaycandan Türkiyəyə indiyədək 47 mlrd. kubmetr qaz nəql olunub

Azərbaycandan Türkiyəyə indiyədək 47 mlrd. kubmetr qaz nəql olunub
10:47 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Xəzər neft-qaz konfransında BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunmuş sessiyada çıxışında bildirib.
X.Yusifzadənin sözlərinə görə, 2017-cı il iyunun 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,3 mlrd. kubmetrdən, Türkiyəyə isə 46,5 mlrd. kubmetrdən çox qaz nəql olunub. O qeyd edib ki, hazırda hər gün Gürcüstana orta hesabla 2,3 mln. kubmetr, Türkiyəyə 18,5 mln. kubmetr qaz ötürülür.
SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 6 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min tondan artıq kondensat hasil olunur.
X.Yusifzadə çıxışında BP ilə uğurlu əməldaşlıqdan da danışıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycandan-turkiyeye-indiyedek-47-mlrd-kubmetr-qaz-neql-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR