Azərbaycan bank sektorunun məcmu aktivləri 31 mlrd. manata yaxındır

Azərbaycan bank sektorunun məcmu aktivləri 31 mlrd. manata yaxındır
10:47 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30 779,2 mln. manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 28 031,6 mln. manatı bankların cəmi öhdəlikləri, 2 747,6 mln. manatı isə sektorun balans kapitalının payına düşüb. 
Mayın 1-nə əhalinin banklarda 6 847,5 mln. manat əmanəti olub.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2 493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 214 nəfər təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-bank-sektorunun-mecmu-aktivleri-31-mlrd-manata-yaxindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR