Rusiya Türkiyə məhsullarına qarşı olan sanksiyaları götürdü

Rusiya Türkiyə məhsullarına qarşı olan sanksiyaları götürdü
10:48 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti Türkiyədən alınması qadağan olunan kənd təsərrüfatı məhsullarına qarşı sanksiyaların aradan qaldırılması barədə qərar qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən pomidoru çıxmaq şərti ilə Rusiya Türkiyədən digər kənd təsərrüfatı məhsullarının idxalına icazə verəcək.

Qərara görə, Rusiya Türkiyədən alma, armud, üzüm, çiyələk, toyuq əti və digər bu kimi kənd təsərrüfatı məhsullarını ala biləcək.

Ancaq Rusiyanın Türkiyə pomidorlarına qarşı qadağası hələ də davam edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/201046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR