Sel Qobustanda ciddi fəsadlar yaratdı: yol bağlandı, kəndlərə ziyan dəydi

Sel Qobustanda ciddi fəsadlar yaratdı: yol bağlandı, kəndlərə ziyan dəydi
10:48 2 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə sel suları səbəbindən Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsində yüzlərlə avtomobilin hərəkətində yaranan problem bu gün səhər saatlarında tam aradan qaldırılıb.

Bu barədə Publika.az-a Qobustan rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Ceyrankeçməz hissəsində sel suları iri daşları avtomobil yoluna tökdüyündən maşınlar hərəkət etməkdə çətinlik çəkib. Əraziyə müvafiq texnika cəlb edilib və yol daşlardan təmizlənib. Yolda avtomobillərin hərəkəti tam bərpa edilib.

İcra Hakimiyyətindən onu da bildirdilər ki, sel suları və yağış rayonun bir sıra kəndlərində əkin sahələri və evlərə ziyan vurub. Dəymiş ziyanın araşdırılması və fəsadların aradan qaldırılması üçünn komissiya yaradılıb. Hazırda Rayon İcra Hakimiyyəti başçısı və Fövqəladə Hallar Komissiyasının üzvləri ziyan dəymiş kəndlərdədir. Aparılan araşdırma nəticəsində məlumat veriləcək.

Qeyd edək ki, ötən gecə rayon ərazisində baş vermiş hadisə səbəbindən 500-dən çox avtomobil yolda qalmışdı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR