Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb - FOTO
10:52 2 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.

Milli.Az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.

Qeyd edək ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib. Onlarla xatirə fotoları çəkdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR