Azərbaycan bankları bu ilin ilk 4 ayını rübünü 148 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları bu ilin ilk 4 ayını rübünü 148 mln. manat xalis mənfəətlə başa vurub
10:52 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan bank sektorunun aktivləri bu il mayın 1-nə 30 779,2 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,1% azdır.
Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Bankların aktivlərinin 48,8%-ni və yaxud 15 034 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin I rübündə bankların kredit portfeli 5,7% kiçilib.
4 ay ərzində bankların cəmi öhdəlikləri 5,1% azalaraq 28 031,6 mln. manat, o cümlədən depozit portfeli 2,3% artaraq 16 783,8 mln. manat olub. Bunun 6 847,5 mln. manatını fiziki şəxslərin depozitləri, 9 936,4 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,9% azalıb, şirkətlərin vəsaitləri isə 10,7% artıb.
Yanvar-aprel aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 53,1% azalaraq 795,8 mln. manata düşüb.
Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 44,6% artaraq 2 760,2 mln. manata çatıb.
4 ay ərzində bankların faiz gəlirləri 675 mln. manat, faiz xərcləri 332,4 mln. manat, qeyri-faiz gəlirləri 364 mln. manat, qeyri-faiz xərcləri 306,8 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 399,8 mln. manat olub.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 243,7 mln. manat yönəldib, digər mənbələrdən 3,7 mln. manat gəlir əldə edib, 11,7 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 4 ayını 148,1 mln. manat xalis mənfəətlə başa vurub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-bu-ilin-ilk-4-ayini-rubunu-148-mln-manat-xalis-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR