Leyla Əliyeva uşaqları belə sevindirdi - FOTO

Leyla Əliyeva uşaqları belə sevindirdi - FOTO
11:04 2 İyun 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının 2 saylı uşaq evinin sakinləri ilə görüşüb. Lent.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.

 

Qeyd edək ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib. Onlarla xatirə fotoları çəkdirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR