Məşhur rejissor qəzaya düşdü

Məşhur rejissor qəzaya düşdü
11:05 2 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Əmir Kusturitsa avomobil qəzasına düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rus mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur serb kinorejissoru Əmir Kusturitsa avomobil qəzası keçirib. Qəza Belqradın 140 kilometrliyində Serbiya magistral yolunda baş verib. Naməlum səbəbdən sürücünün idarə etdiyi "Mercedes" yoldan çıxıb.

Hadisə yerinə gələn Yol Polis Xidməti və Təcili Tibbi Yardım yerindəcə sürücüyə və rejissora yardım göstərdikdən sonra hər iki şəxs Valevo şəhərindəki xəstəxanaya qaldırılıb.
 
Xatırladaq ki, serb rejissoru Əmir Kusturitsa Avropanın nüfuzlu kino festivallarının mükafatçısıdır, o cümlədən iki dəfə Kann Festivalının "Qızıl palma budağı" ödülünü qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR