Erməni əsgər məktub yazdı və özünü asdı – DÜŞMƏN ORDUSUNDA SƏNGƏRDƏN QAÇIR

Erməni əsgər məktub yazdı və özünü asdı – DÜŞMƏN ORDUSUNDA SƏNGƏRDƏN QAÇIR
11:18 2 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunda dəhşətli hadisələrin baş verməsi davam edir.

Publika.az
xəbər verir ki, 1981-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Melika Xaçatryan dünən saat 15:30-da asılmış vəziyyətdə tapılıb. Hadisə yerində hərbi qulluqçunun məktubu da aşkarlanıb.

Hazırda hadisə ilə bağlı istintaq aparılır. Ermənistan mediası yazır ki, hərbi qulluqçu ya özünü asıb, ya da kimsə onu asaraq öldürüb. Hazırda məktubda yazılanlar araşdırılır. Ehtimal olunur ki, məktubda hadisənin səbəbləri qeyd olunub.

Qeyd edək ki, son dövrlər Ermənistanda ordusunda intihar və qətllərin sayı artıb. Əsgərlər zabitlər tərəfindən sıxışdırılır, bir çox hallarda qətlə yetirilir. Həmçinin, erməni əsgərlər ordudakı acınacaqlı vəziyyətə dözmür, döyüş postlarda dayanmaqdan imtina edirlər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR