"Bundan sonra bir necə avtoşoklar ola bilər"

"Bundan sonra bir necə avtoşoklar ola bilər"
11:27 2 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuzda baş verən zəlzələdən sonra hazırda təkanlar qeydə alınmır, amma buna baxmayaraq, bundan sonra bir necə avtoşoklar baş verə bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, Oğuz rayonunda baş verən zəlzələ episentrdə 4 bal hiss edilib:

"Ətraf rayonlarda bu, 3 bala kimi hiss edilib. Ölkədə hər gün zəif, hiss olunmayan təkanlar olur. Bugünkü zəlzələ də çox güclü olmayan, amma əhali tərəfindən hiss olunan zəlzələdir".

Q.Yetirmişli bldirib ki, ümumilikdə hazırda ölkədə güclü aktivləşmə zonası qeydə alınmayıb.

Mərkəz direktorunun sözlərinə görə, bu il ölkə ərazisində 5-6 hiss olunan zəlzələ olub ki, bunu da az hesab etmək olar.

O qeyd edib ki, bu il 11 mayda Saatlıda baş verən zəlzələ sonuncu güclü təkan sayılıb.

Q.Yetirmişli deyib ki, ümumilikdə bu il ölkə ərazisində seysmoloji aktivliyin ötən illərə nisbətən artdığını söyləmək olmaz.

Qeyd edək ki, bu gün Oğuz ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Bu dəfəki zəlzələ baş verən yer də 2015-ci ildə baş verən zəlzələ ocağında olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR