Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib

Azərbaycanın l vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib.

Metbuat.az-ın məlumatına görə, bunu Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.

O qeyd edib ki, M. Əliyeva eyni zamanda Azərbaycan memarlıq irsinin qorunub-saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR