“Qalatasaray” Brumanı Bundesliqa klubuna satdı

“Qalatasaray” Brumanı Bundesliqa klubuna satdı
11:42 2 İyun 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın yarımmüdafiəçisi Bruma karyerasını Almaniyada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Leypsiq" klubu ilə anlaşıb.
 
Uzun müddətdi bu keçidi reallaşdırmağa çalışan Bundesliqa təmsilçisinin bir neçə cəhdi uğursuz alınmışdı. Son olaraq qarşı tərəfə 14,5 milyon avro təklif edən "Leypsiq", nəhayət ki, arzusuna çatıb. Belə ki, İstanbul nəhəngi 23 yaşlı futbolçunu almanlara satmağa razılıq verib. Türkiyə Superliqasında həftəsonu keçiriləcək son tur matçının ardından Brumanın transferi rəsmən açıqlanacaq.
 
Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq "sarı-qırmızılılar" bu keçiddən sonra yarımmüdafiənin sol cinahında yaranan boşluğu "Barselona"nın üzvü Arda Turanla doldurmağa çalışacaq. "Cim-bom" sabiq kapitanını icarəyə götürmək üçün yaxın günlərdə ispanlarla danışıqlara başlayacaq.
 
Qeyd edək ki, Bruma "Qalatasaray"a 2013-cü ildə "Sportinq"dən keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR