Bu telefonlarda VATSAP işləməyəcək

Bu telefonlarda VATSAP işləməyəcək
11:48 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan Vatsap daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.

Bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək.

Məhdudiyyətlərə bir ay qalmış Vatsap əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.

İyul ayına kimi Vatsapdan məhrum olacaq modellər aşağıdakılardır:

- BlackBerry 10

- BlackBerry OS

- Nokia S60

- Nokia S40

- Android 2.0

- iOS 7.0

Xatırladaq ki, ilin əvvəlində - yanvar ayında “Android 2.0” və bəzi köhnə proqram sistemi olan “iPhone”larda da Vatsapın işi dayandırılmışdı. (istipress)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/201055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR