Böhran Qrupu: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsində müharibəyə hər zamankından daha yaxındır

Böhran Qrupu: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsində müharibəyə hər zamankından daha yaxındır
11:50 2 İyun 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Keçmiş sovet respublikaları olan Azərbaycan və Ermənistan - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müharibəyə hər zamankından daha yaxındır.

Trend-in məlumatına görə, bu, Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağ münaqişəsi” adlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın ərazisi olan, amma hazırda Ermənistanın nəzarətində qalan ərazilərdə son 3 il ərzində toqquşmalar artıb:

“2016-cı ilin aprel ayında qeydə alınmış eskalasiyadan bir il sonra Azərbaycan və Ermənistan 1994-cü ildə əldə olunmuş atəşkəs sazişindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Zorakılıq səviyyəsi nisbətən aşağı olsa da, vəziyyət sürətlə nəzarətdən çıxa bilər”.

Müəlliflərin fikrincə, Dağlıq Qarabağ ətrafındakı müharibə regional qüvvələri, o cümlədən Rusiya və Türkiyəni proseslərə cəlb edə bilər.

Hesabatda qeyd olunur ki, Azərbaycan çoxillik status-kvodan narazıdır və əlavə təhlükəsizlik tədbirlərinin onu daha da möhkəmləndirəcəyindən narahatdır, ona görə də substantiv danışıqların təxirə salınmasının mümkün olmadığını vurğulayır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR