Bakı bulvarında faciəvi hadisə

Dünən saat 17 radələrində özünü Bakı bulvarında dənizə ataraq intihar edən şəxsin kimliyi məlum olub.

Dənizkənarı Milli Parkın sahilində özünü suya ataraq intihar edən şəxsin 1994-cü il təvəllüdlü Cəfərov Vüsal Əvəz oğlu olması müəyyən edilib.

Hadisə şahidləri ona kömək etməyə çalışsa da, sudan çıxara bilməyiblər. 23 yaşlı oğlanın cəsədini FHN-in xilasediciləri sudan çıxarıb. //Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR