Adını və bədənini dəyişənin başı bəladadır - FOTO

Adını və bədənini dəyişənin başı bəladadır - FOTO
11:52 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Həkimlər deyirlər ki, təcili cərrahiyyə əməliyyatına ehtiyac var. Əməliyyat olunmalıyam, əks təqdirdə qolumu itirə bilərəm.

"King of Ink Land King Body Art The Extreme Ink-Ite", yaxud da əsl ad və soyadı Mettyu Uilan olan 37 yaşlı britaniyalının bədənində sepsis başlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Mettyu Uilanı bədəni döymələrlə örtülüdür. Bununla kifayətlənməyən Mettyu vücudunun müxtəlif yerlərində dərisinin altına metal, plastik və silikon əşyalar yeridib.

Metyu dilini də ortadan bölərək haçalayıb.

Tatuaj və impalantasiyalara o, indiyədək 40 min funt-sterlinq xərcləyib.

Belə əşyalardan biri də onun sağ dirsəyindəki silikon beşbarmaqdır.

Həmin beşbarmaq dərinin altına yeridiləndən sonra Mettyunun qolunda ağrılar başlanıb.

Mettyu Uilanın bədənində 321 tatuaj var. O, gözlərini qara rəngə boyadıb, qulaqlarına iri sırğalar asdırıb.

Onun dediyinə görə, vücuduna ilk tatunu 16 yaşında vurdurub, adını isə 2008-ci ildə dəyişdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR