Azərbaycanda əhali ən çox hansı xəstəlikdən əziyyət çəkir?

Azərbaycanda əhali ən çox hansı xəstəlikdən əziyyət çəkir?
11:58 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, fevral ayının 15-də may ayının 15-dək davam edən müddətdə 5499863 nəfər müayinə edilib. Onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadındır. Bakı şəhəri üzrə 1308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfər əlavə müayinələrə cəlb olunub, 68427 nəfər dispanser nəzarətə alınıb, 27059 nəfər hospitalizasiya olunmuşdur.

Müayinəlar zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/201061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR