Nazir: "Məşğulluğa ayrılan vəsait 3 dəfədən çox artırılacaq"

Nazir: "Məşğulluğa ayrılan vəsait 3 dəfədən çox artırılacaq"
12:05 2 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Milli Məclisdə "İşsizlikdən sığorta haqqında" qanun layihəsi müzakirə olunur. Bu il məşğulluq məsələlərinə ümumilikdə cəmi 27 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev ehtiyat fondundan özünəməşğulluq üçün 6 milyon manat ayırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.

Nazir bildirib ki, əgər həmin qanun qəbul edilib qüvvəyə minərsə bu məbləğ artırılacaq:

"Nəzərdə tutulub ki, qanun layihəsi bu il qəbul olunsun və növbəti ilin yanvarın 1-dən qüvvəyə minsin. Qanun layihəsi qəbul edilərsə, növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Yəni, 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR