OĞUZ: Güclü zəlzələ binalarda çatlar əmələ gətirib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 10:15-də Oğuz ərazisində zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Məsələ ilə bağlı Metbuat.az- a açıqlama verən Oğuz Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Səyyad Abbasov rayondakı mövcud vəziyyətdən danışıb:

“Doğrudan da çox güclü zəlzələ olub. Köhnə binalarda müəyyən çatlar var. İnsanlar arasında ürəyi gedən, stress keçirənlər də oldu. Araşdırma gedir. Vəziyyətin araşdırılması üçün işçilər ayırmışıq. Nəticələr tezliklə açıqlanacaq”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR