Seysmoloji Mərkəzdən növbəti zəlzələ AÇIQLAMASI

Bu gün yerli vaxtla saat 10:15-də Oğuz ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Baş verən hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, Oğuz seysmoaktiv bölgə olduğu üçün belə zəlzələlərin olması xarakterik məsələdir:

“Bizim ərazimiz seysmik baxımdan aktiv zonada herləşir. Aktiv zonada yerləşən ərazilərdə də belə zəlzələlərin olması həmin ərazi üçün xarakterik haldır. Yəni, burada xüsusi qorxulu, təhlükəli heç nə yoxdur. Bu gün baş verən zəlzələ də vaxtaşırı olan həmin zəlzələrdən biridir”.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR