“Arxamca danışmağı yaxşı bacarırlar”

"Mən danışanda orada canlı efirdə şirə dönən bəzi müğənniciklərin dilləri qarınlarında idi.

Metbuat.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) ATV kanalında yayımlanan “Maşın Lou”-dan ayrılmasından sonra baş verənlər haqda rəsmi "İnstaqram" səhifəsində yazıb. O, müğənniləri iki üzlülükdə ittiham edib:

“Çox sağolun ki, məni anladınız. “Maşın Şou” çox mürəkkəb və çətin yarışmadır. Mən danışanda orada canlı efirdə şirə dönən bəzi müğənniciklərin dilləri qarınlarında idi. Amma arxamca danışmağı bacarırlar. Allah Murad Dadaşova can sağlığı versin ki, məni dəvət etdi və 3 gün içində bəzilərinin üzünü görməyimə kömək oldu".

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR