Bakıda saxta diplom blankları satan Gəncə sakini həbs edildi

Bakıda saxta diplom blankları satan Gəncə sakini həbs edildi
12:22 2 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda saxta diplom blankları satan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yusifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5.000 manata satarkən tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2761986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR