Esse müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Mən Belarus haqqında nə bilirəm?” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, 31 mayda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin konfrans zalında “Mən Belarus haqqında nə bilirəm?” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Dmitriy Qorbaçov və 3-cü katibi İqor Poluyçik iştirak edib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iki ölkənin gəncləri arasında olan əməkdaşlıqdan danışaraq qalibləri təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonda qaliblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Müsabiqə üçün elan olunmuş mövzulara müvafiq olaraq qaliblərin siyahısı:

Həsənov Vüqar - “Fəth edilməmiş torpaq: Belarus tarixində müstəqillik uğrunda mübarizə”

Məhərrəmli Emin - “Ağ qanadlar altında torpaq: Belarus təbiətinin zənginliyi”

Əmirbəyov Oleq - “Əsrlər boyu yaşayan adlar. Belarus onlarla fəxr edir”

İlyasov Ayaz - “Belarus Böyük Vətən müharibəsi zamanı (1941-1945)”

Məhərrəmli Natiq - “Müasir Belarus”

Musaxanlı Ayxan - “Belarusda multikulturalizm: Müxtəlif xalqların və dinlərin Belarusda birgə yaşayışı”

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR