"Kapital Menecment": Azərbaycan Beynəlxalq Bankının səhmlərinə maraq artıb

"Kapital Menecment": Azərbaycan Beynəlxalq Bankının səhmlərinə maraq artıb
12:27 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) aktivlərin sağlamlaşdırılması ilə bağlı görülən tədbirlər, o cümlədən dövlətin Bankın xarici öhdəliklərini üzərinə götürmək istəyi maliyyə qurumunun səhmlərinə marağı artırıb.
Bu barədə “Report”a açıqlamasında ABB-nin səhmlərinin alqı-satqısı ilə məşğul olan “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlara qədər ABB-nin nominal dəyəri 27 qəpik olan səhmlərini 7-8 qəpikdən almaq istəməyən investorlar hazırda 10 qəpikdən səhmləri almaqda maraqlıdır: “İnvestorlar bu qənaətdədir ki, ABB-nin öhdəliklərinin dövlətə ötürülməsi hesabına onun aktivləri azalsa belə, sağlam maliyyə qurumuna çevriləcək və mənfəətlə işləyəcək, son nəticədə səhmdarlara dividend də ödəniləcək". 
"Öhdəliklərin ötürülməsi prosesinin hansı formada yekunlaşacağının və cari ilin maliyyə nəticələrinin Bankın səhmlərinin yeni bazar qiymətinin formalaşmasına ciddi təsir edəcəyi gözlənilir”, - deyə ekspert bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-menecment-azerbaycan-beynelxalq-bankinin-sehmlerine-maraq-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR