İstanbulda güclü yanğın: yollar bağlandı (FOTO/VİDEO)

İstanbulda güclü yanğın: yollar bağlandı (FOTO/VİDEO)
12:29 2 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İstanbulun velosipedçilər bazarında güclü yanğın olub.

Trend-in məlumatına görə, səhər saatlarında bazarda velosiped və uşaq maşınlarının olduğu anbarlardan birində yanğın baş verib. Yanğın qonşu depolara da keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıblar.

Yaxınlıqdakı yolötürücü və Taksim istiqamətində avtomobil yolu bağlanıb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2761998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR