Şimali İrlandiyanın Bakıya gələcəyi tarix müəyyənləşdi

Şimali İrlandiyanın Bakıya gələcəyi tarix müəyyənləşdi
12:32 2 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Azərbaycanla keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Yeni Zelandiya ilə yoxlama görüşü keçirəcək rəqib tam heyətlə məşq edə bilmir.

Belə ki,  müdafiəçi Kreyq Katkart kollektivə dünən qoşulubsa, digər arxa xətt oyunçusu Qaret Makauli bu gün klubu "Vest Bromviç"dən ayrılaraq, yığmasının düşərgəsinə yollanacaq. Konor Vaşinqton və Ceymi Uord kimi aparıcı oyunçular isə müxtəlif səbəblərdən dəvət almayıblar.
 
Şimali İrlandiya yığmasının Bakıya gələcəyi tarix də müəyyənləşib. Sabah Türkiyəyə yollanacaq Maykl Onilin komandası 4 gün qonşu ölkədə toplanış keçəcək. Britaniya təmsilçisi yığmamızla qarşılaşmadan iki gün əvvəl, iyunun 8-də paytaxtımıza gələcək. Onil ertəsi gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yetirmələrini son məşqə çıxaracaq.
 
Qeyd edək ki, iyunun 10-da baş tutacaq Azərbaycan - Şimali İrlandiya qarşılaşması saat 20:00-da start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR