Yol polisi daha bunları edə bilməz

Yol polisi daha bunları edə bilməz
12:47 2 İyun 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayının 12-də DİN-in Kollegiyası "Yol-patrul xidməti haqqında" yeni Təlimat təsdiq edib. Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, yəqin ki, nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib: "Başqa sözlə, yeni Təlimatda gizli xidmət, hətta qarışıq (yəni yarı aşkar, yarı gizli) xidmət nəzərdə tutulmur".

Ə.Hüseynov əlavə edib ki, "Yol-patrul xidməti haqqında" yeni Təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır: "Bundan sonra nəqliyyat vasitələri yalnız "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR