Bazarda güclü yanğın başlayıb, yollar bağlandı

İstanbulun velosipedçilər bazarında güclü yanğın olub.

Metbuat.az xəbər verir ki, səhər saatlarında bazarda velosiped və uşaq maşınlarının olduğu anbarlardan birində yanğın baş verib. Yanğın qonşu depolara da keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıb. Yaxınlıqdakı yolötürücü və Taksim meydanı istiqamətində avtomobil yolu bağlanıb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR