Əhali arasında ən çox hansı xəstəliklərin aşkarlandığı açıqlandı

Əhali arasında ən çox hansı xəstəliklərin aşkarlandığı açıqlandı
12:57 2 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin fevral ayının 15-dən may ayının 15-ə qədər ölkə üzrə 5 499 863 nəfər tibbi profilaktik müayinədən keçib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən report-a verilən məlumata görə, onlardan 2 640 119 nəfər kişi və 2 859 744 nəfər qadın olub.
Bakı şəhəri üzrə 1 308 329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

Respublika üzrə müayinədən keçən şəxslərdən 2 041 388 nəfər əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.

Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR