Rusiyanın baş naziri Türkiyə məhsullarına tətbiq edilən sanksiyanın ləğvi barədə sərəncam imzalayıb

Rusiyanın baş naziri Türkiyə məhsullarına tətbiq edilən sanksiyanın ləğvi barədə sərəncam imzalayıb
13:02 2 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən tədarük edilən məhsulların idxalına məhdudiyyətlərin qaldırılması haqqında sərəncam imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
2016-cı il yanvarın 1-dən Türkiyədə istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları və ərzaq mallarına tətbiq edilən qadağa aradan qaldırılıb. Sərəncama görə, dondurulmuş ət və ət məhsulları, toyuq, hind toyuğu, xiyar, alma, armud, üzüm, çiyələyin tədarükünə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Qeyd edək ki, mayın 31-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb.
Xatırladaq ki, 2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsi Türkiyə ərazisində vurulub. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-bas-naziri-turkiye-mehsullarina-tetbiq-edilen-sanksiyanin-legvi-barede-serencam-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR