Nazirlik 20 nömrəli məktəb-liseyin bir hissəsinin Avropa Liseyinə verilməsi barədə məlumatlara münasibət bildirib

Nazirlik 20 nömrəli məktəb-liseyin bir hissəsinin Avropa Liseyinə verilməsi barədə məlumatlara münasibət bildirib
13:12 2 İyun 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin bir hissəsinin Avropa Liseyinə verilməsi məsələsinə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”un sorğusuna cavab olaraq bildirib ki, nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir. 
O deyib ki, Prezidentin tapşırığına əsasən bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və Bakının ən yaraşıqlı binalarından biri olacaq: "Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir". 
"Bütün bunlarla yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər. Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik" - deyə, nazirlik rəsmisi əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə 20 nömrəli məktəb-liseyin ərazisinin bir hissəsinin Avropa Liseyinə verilməsi barədə iddialar yayılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazirlik-20-nomreli-mekteb-liseyin-bir-hissesinin-avropa-liseyine-verilmesi-barede-melumatlara-munas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR