Gələn il 20 saylı məktəbin şagirdləri dərslərini harada keçəcəklər?

Gələn il 20 saylı məktəbin şagirdləri dərslərini harada keçəcəklər?
13:15 2 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda yenidən tikilən 20 saylı orta məktəbin müəllim və şagirdləri yeni tədris ilindən fəaliyyətlərini həmin məktəbdə davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir:

"Cənab Prezidentin tapşırığına əsasən bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacaqdır. Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir.
Bütün bunlarla yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər.
Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik!"


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR