"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" - Tarix açıqlandı

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" - Tarix açıqlandı
13:24 2 İyun 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

“Bakıda təmirə bağlanmış, Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir”.

 

 

 

Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov Lent.az-a bildirib ki, dövlət başçısının tapşırığına əsasən 20 nömrəli məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib: “Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir”.

 

C.Valehov 20 nömrəli məktəblə bağlı yayılan məlumatları da əsassız adlandırıb: “ Bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər”.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR