Sampaoli rəsmən Argentina millisində

Sampaoli rəsmən Argentina millisində
13:42 2 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Xorxe Sampaoli rəsmən Argentina millisinin baş məşqçisi təyin olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəsis 5 illik müqaviləyə imza atıb. Sampaolinin köməkçilərindən biri 1986-cı ilin dünya çempionu Xose Burruçaqa olacaq. Sampaolinin son milli komanda təcrübəsi Çilidə olub. Çili yığmasını 2015-ci Amerika Kubokunun qalibi edən argentinalı mütəxəsis daha sonra "Sevilla"nın sükanı arxasına keçmişdi. Əndəlus klubu onun rəhbərliyi altında La Liqanın son mövsümünü 4-cü pillədə başa vurmuşdu.

Təcrübəli məşqçinin yeni işində qarşısına qoyulan tapşırıq asan deyil. O, 2018 DÇ seçmə mərhələsində qeyri-stabil çıxış edən Argentina millisini mundiala çıxarmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR