"Azərbaycan Dəmir Yolları" sərnişin vaqonları üçün yeni yataq ləvazimatları alır

"Azərbaycan Dəmir Yolları" sərnişin vaqonları üçün yeni yataq ləvazimatları alır
13:42 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamenti açıq tender elan edib.
"Report" dövrü mətbuata istinadən xəbər verir ki, tender sərnişin vaqonları üçün yataq ləvazimatlarının (15 200 ədəd yastıq üzlüyü (60x60 sm), 28 000 ədəd döşək üzlüyü (150x220 sm), 10 000 ədəd dəsmal (40x70 sm), 4 000 ədəd sintepon yorğan (205x140sm) üzlüklə birgə) olmaqla 1 lot üzrə keçirilir.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir.
İddiaçılar tender iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 iyun saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə 5 iyul saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva küçəsi,230 (Departamentin Tender Komissiyası) ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 6 iyul saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-sernisin-vaqonlari-ucun-yeni-yataq-levazimatlari-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR